Xəbərlər

Qaliblərin Almaniyaya səfəri

BASF Kaspian şirkəti iyulun 20-dən 29-na kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında, Azərbaycanın paytaxtı Bakıda keçirilən 47-ci BKO-nun bir dəstəyi kimi çıxış etmişdir. İyulun 29-da Olimpiadanın bağlanış gecəsində onun qalibləri üçün  BASF şirkətinin təşkil etdiyi lotoreya oyununda 2 qalib Almaniyanın Ludviqşafen şəhərindəki BASF şirkətinin qərargahında şirkətin 150-ci ildönümünə həsr olunmuş mərasimdə iştirak etmək şansı qazandılar. Türkiyə komandasının nümayəndəsi Baturalp Yalçın və bürünc medalının qalibi,  Azərbaycan komandasını təmsil edən Sergey Styopin iki günlük proqram çərçivəsində dünyada ən böyük kimya şirkətinin tarixi ilə tanış olacaq, istehsal müəssisələrinə baş çəkəcək və biotexnologiya sahəsində çalışan alim və kimyaçılarla görüşəcəklər.   

Şəkillərin sayı: