Xəbərlər

Təltif

MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva 47-ci Beynəlxalq Kimya Olimpiadasının hazırlanması və keçirilməsi sahəsində böyük təşkilatçılıq fəaliyyətinə görə Moldova Elmlər Akademiyasının diplomu ilə təltif edilib. Təşəkkür diplomu Moldova Elmlər Akademiyasının prezidenti, kimya elmləri doktoru George Duka tərəfindən təqdim olunub.