Xəbərlər

Faydalı məlumatlar

Əziz dostlar,

47-ci Beynəlxalq Kimya Olimpiadasının açılışı mərasiminə bir neçə gün qalır.

Bununla bağlı sizi bir sıra mühüm məlumatlarla tanış etmək istərdik.

1. Viza ilə gələnlərə xatırlatmaq istərdik ki, aşağıdakı sənədləri götürməyi unutmasınlar:

a) bir ərizə forması (iştirakçılar onu təyyarədə və ya hava limanının viza bölməsində doldura bilərlər);

b) iki ədəd rəngli fotoşəkil (ağ fonda 3×4 ölçüdə);

c) əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin müvafiq şəxsiyyət vəsiqəsi (ID sənədin) yaxud pasportu;

d) Azərbaycan Miqrasiya Xidmətindən məktubun surəti;

e) qəbul edən tərəfin dəvət məktubu.

2. Heydər Əliyev Beynəlxalq Aeroportuna çatdığınız gün sizi tədbirin təşkilatçısı olan Universitetin, eləcə də Gənclər və İdman Nazirliyinin nümayəndələri qarşılayacaqlar. Hava limanından transfer 47-ci BKO-nun (IChO) saytında yerləşdirilmiş səfərə dair məlumatlara uyğun olaraq aparılacaq.

3. Komandanın bələdçisi ilə daim əlaqə saxlamağı məsləhət görürük.

4. Hava. Etibar etdiyiniz saytların birindən hava haqqında məlumatı əldə edin. Özünüzlə müxtəlif növ paltar götürməyinizi məsləhət görürük. Gündüz hava isti, temperatur 30-35 dərəcə və yaxud daha yüksək ola bilər. Eyni zamanda gecə təxminən 25 dərəcə isti ola bilər.

5. Tələbələr dəniz sahilində, çimərliyin yaxınlığında yerləşən "The Crescent Beach Hotel"də yaşayacaqlar. Yaxşı istirahət etmək çimərlik kostyumunu götürməyi tövsiyə edirik.

6. Rəhbərlər, elmi müşahidəçilər və qonaqlar Olimpiadanın gərgin işi zamanı Bakıdan kənarda yaşayacaqlar. Yükünüzün daşınması üçün ayrıca maşın və ya hər hansı nəqliyyat növü təşkil olunacaq. Əşyalarınızı qablaşdırarkən bunları yadda saxlayın.

7. Azərbaycanda qəbul olunan valyuta yalnız Azərbaycan manatıdır (AZN). Valyuta mübadiləsi məntəqələrinin əksəriyyətində ABŞ dolları və avro əskinasları dəyişdirilir. Digər valyuta növlərinin mübadiləsi də mümkündür. Lakin müxtəlif məntəqlərdə məzənnələr bir qədər fərqlənir (14.07.2015 üçün rəsmi məzənnə: 1 ABŞ dolları = 1,0492 AZN, 1 EUR = 1,1550 manat).

8. Xatırlatmaq istərdik ki, BKO-nun Qaydalarına uyğun olaraq tələbələr öz laboratoriya xalatlarını gətirməlidirlər. Məktəblilər laboratoriyaya xalat geyinməmiş buraxılmır. “Goggles” eynəyi Təşkilatçı tərəfindən veriləcək (gözü qoruyan eynəkdən də istifadə etməyə icazə verilir). Laboratoriyada eksperiment aparılan zaman iştirakçılara pudralı lateks əlcəklər veriləcək. Allergiyası olan məktəblilər öz əlcəklərini gətirməlidirlər.

9. Nümayəndə heyətinin bütün üzvlərində Olimpiadanın gedişi boyu tibbi sığorta sənədi olmalıdır. Qeydiyyat zamanı sizdən həmin sığorta sənədini göstərmək tələb olunacaq. Tibbi sığorta sənədi olmadan 47-ci BKO-da iştirak etməyə icazə verilmir.

10. Qeydiyyat zamanı bütün məktəblilərə rabitə vasitələri depozit kimi veriləcək. İkinci imtahan başa çatdıqdan sonra onlar qaytarılmalıdır. Şagirdiniz Olimpiada müsabiqəsində həmin vasitələrin birini işlədərsə, o, müsabiqədən kənarlaşdırılacaq.

Sizinlə Bakıda görüşənədək.

Ən xoş arzularla,

ICho-2015 Təşkilat Komitəsi.