Xəbərlər

47-ci Beynəlxalq Kimya Olimpiadası Rəhbər Komitəsinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçiriləcək toplantısı

2015-ci il yanvarın 15-dən 18-dək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında 47-ci Beynəlxalq Kimya Olimpiadasının Rəhbər Komitəsinin toplantısı keçiriləcək. 

Komitənin üzvləri Universitetin laboratoriyaları ilə tanış olacaq. Olimpiadanın açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Heydər Əliyev Mərkəzinə və 47-ci Beynəlxalq Kimya Olimpiadasının komanda rəhbərlərinin, elmi müşahidəçilərinin və şagirdlərin yerləşdiriləcəyi otellərə baş çəkəcəklər. Həmçinin toplantıda Olimpiada ilə bağlı cari məsələlərin müzakirəsi planlaşdırılır. 

Toplantıda Rəhbər Komitənin aşağıdakı üzvləri iştirak edəcəklər: 

Dukvan Li, BKO-nun Rəhbər Komitəsinin sədri, seçkili üzv, Koreya Respublikası

Karlos Kastro-Akuna, BKO-nun Rəhbər Komitəsinin seçkili üzvü, Kosta-Rika  

İ-Ci Çanq, BKO-nun Rəhbər Komitəsinin seçkili üzvü, Tayvan 

Qabor Madyarfalvi, BKO-nun Rəhbər Komitəsinin seçkili üzvü, Macarıstan 

Petr Holtshauzer, BKO-nun Rəhbər Komitəsinin seçkili üzvü, Çexiya Respublikası 

Funq Fun Man, BKO-nun Rəhbər Komitəsinin seçkili üzvü, Sinqapur 

Nquyen Tyen Tao, BKO-nun Rəhbər Komitəsinin üzvü, 2014-cü ilin təşkilatçı ölkəsinin (Vyetnam) nümayəndəsi 

İqrar Nəzərov, BKO-nun Rəhbər Komitəsinin üzvü, 2015-ci ilin təşkilatçı ölkəsinin (Azərbaycan) nümayəndəsi 

İqor Sedov, BKO-nun Rəhbər Komitəsinin üzvü, 2016-cı ilin təşkilatçı ölkəsinin (Rusiya) nümayəndəsi 

Vorovan Bantumnavin, BKO-nun Rəhbər Komitəsinin üzvü, 2017-ci ilin təşkilatçı ölkəsinin (Tailand) nümayəndəsi 

Piter Uoters, BKO-nun Rəhbər Komitəsinin üzvü, BKO-nun Rəhbər Komitəsinin sabiq sədri, Böyük Britaniya

Aleksandr Qladilin, BKO-nun Rəhbər Komitəsinin kooptasiya olunmuş üzvü, Rusiya 
Martin Putala, BKO-nun Rəhbər Komitəsinin kooptasiya olunmuş üzvü, Slovakiya