KİMYA FAKÜLTƏSİ
Filialda kimya fakültəsinin yaradılması müvafiq sahənin Azərbaycanda ən çox inkişaf etmiş elmlərdən biri olması ilə əlaqədardır. Kimyaya xüsusi diqqət həm ölkənin təbii sərvətlərinin spesifik xüsusiyyətlərindən, həm də onların emal olunması imkanlarının daha da inkişaf etdirilməsinə yönələn hökumət siyasətindən qaynaqlanır. Kimya eksperimentlərə olduqca meyilli sahə olduğuna görə Filial müxtəlif kimyəvi tədqiqatlar üzrə eksperimental bacarıqları inkişaf etdirən ən əlverişli şərait yaratmağa nail olub. Filialda təklif olunan alət və avadanlıq təkcə tədris prosesində deyil, həm də kimyanın müxtəlif sahələrini əhatə edən əsas tədqiqat işində faydalı rol oynayır. Laboratoriyaların sayı daim artır. 2012-ci ildə praktiki tədris məşğələləri (seminarlar) üçün aşağıdakı konkret sahələr üzrə ümumilikdə 12 laboratoriya təşkil olunub:
- qeyri-üzvi kimya (2 laboratoriya)
- analitik kimya (2 laboratoriya)
- üzvi, fiziki, kolloid kimyası və yüksək molekulyar birləşmələr (2 laboratoriya)
- kimya texnologiyası (2 laboratoriya)
- radiokimya
Bununla yanaşı, kimya fakültəsində kompyuter laboratoriyası var ki, orada texnologiya dərsləri, kimyada kəmiyyət analizi metodları, zəruri kompyuter proqramları üzrə biliklər, elm və təhsil sahəsində kompyuter texnologiyaları (magistr təhsili) öyrədilir, habelə I və II kursların tələbələri üçün fiziki xarakterli seminar məşğələləri keçirilir. Bu dərslərin gələcək kimyaçılar üçün əhəmiyyətini danmaq olmaz. Kimya fakültəsində tədris (bakalavr pilləsi) 4 ildir. Bu müddət ərzində neft kimyası, üzvi kimya və fiziki kimya kimi üç fakültativ ixtisas tədris edilir. Tələbələrə iki praktiki tədris kursu (giriş xarakterli semestr - 1-ci il və istehsalat kimyası və texnologiyası semestri - 4-cü il) keçilir.
Azərbaycanda yüksək tələbat olan üç sahədə mütəxəssis hazırlanması üçün 2012-ci ildə kimya üzrə magistratura tədrisinə (magistr proqramlarına) start verilib: neft kimyası, üzvi kimya və fiziki kimya.
Fakültənin tədris proqramında istehsalat prosesi ilə bağlı fənlərə üstünlük verilir. Kimyanın rolunun daha yaxşı başa düşülməsi, kimyəvi araşdırmalara kreativ yanaşma, üzvi və qeyri-üzvi birləşmələrin sintezi sahəsində zəruri biliklərin əldə edilməsi, müxtəlif obyektlərin xüsusiyyətlərini öyrənmə bacarıqlarına, habelə analitik metodların seçilməsi və daha sonra tətbiqi üsullarına yiyələnmə fakültənin əsas məqsədləri sırasındadır.