QAYDALAR

Yükləyin (PDF, 169KB)

BEYNƏLXALQ KİMYA OLİMPİADASININ QAYDALARI
(ICHO)

Ümumi bəyanat

§ 1. Yarışmanın hədəfləri

Beynəlxalq Kimya Olimpiadası (IChO) orta məktəb şagirdləri arasında təşkil edilən və kimya fənnində beynəlxalq əlaqələri təşviq etmək məqsədilə keçirilən kimya müsabiqəsidir. Olimpiada habelə kimya məsələlərinin müstəqil və yaradıcı həll yolları vasitəsilə kimya fənninə marağı olan məktəblilərin fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır. IChO yarışmaları müxtəlif millətlərdən olan gənclər arasında səmimi münasibətlərin yaranmasına kömək göstərir; əməkdaşlıq və beynəlxalq anlaşmanı təşviq edir.

IChO təşkilatçılığı

§ 2. Təşkilatçılıq və dəvət

  1. IChO hər il bir qayda olaraq iyul ayının əvvəlində iştirakçı ölkələrdən birində Təhsil Nazirliyi və yaxud da təşkilatçı ölkənin müvafiq orqanı tərəfindən (bundan sonra Təşkilatçı adlanacaq) təşkil edilir.
  2. Beynəlxalq Münsiflər Heyəti tərəfindən göstəriş verilməyənədək təşkilatçı əvvəlki iki IChO yarışmasında komandası ilə iştirak edən bütün ölkələri dəvət etmək öhdəliyi daşıyır. Qarşıdan gələn IChO yarışmasında iştirak etmək üçün rəsmi dəvət yarışmadan əvvəlki noyabr ayında ölkələrə göndərilməlidir. Bütün ölkələr IChO-da iştirak etməklərini təşkilatçının tələblərinə müvafiq olaraq təsdiqləməlidir.
  3. IChO yarışmasına avtomatik olaraq dəvət edilməyən ölkələr olimpiadadan əvvəlki noyabr ayınadək təşkilatçıya müraciət etməlidirlər. Təşkilatçı bu ölkələri IChO-nun Rəhbər Komitəsinin tövsiyəsinə əsaslanaraq olimpiadaya dəvət edir. İştirak edən ölkələrin açıq proses üsulu ilə təmsilçi komandaları seçməsi gözlənilir. Yeni dəvət olunmuş ölkənin məktəbliləri IChO-da iştirak etməzdən əvvəl iki ardıcıl Olimpiadaya müşahidəçi göndərməlidir. Müşahidəçi Münsiflər Heyətinin iclaslarında və bütün Olimpiada prosedurlarında səsvermə hüququ olmayan üzv kimi iştirak edir və yarışmanın məzmunu və prosedurlarını öyrənir.

§ 3. Nümayəndə heyətləri

  1. İştirak edən hər ölkənin nümayəndə heyəti müsabiqəçilərdən və müşayiətçi şəxslərdən ibarətdir (təlimçilər olaraq da adlandırılır). Nümayəndə heyətində dörd müsabiqəçi və iki təlimçi olması gözlənilir. Bundan əlavə, ölkələr nümayəndə heyətinə iki elmi müşahidəçi də əlavə edə bilər.
  2. Müsabiqəçilər universitet tələbəsi olmamalıdır. Onlar ancaq kimya təmayüllü olmayan orta məktəblərin şagirdləri ola bilər və əgər mayın 1-dək məzun olublarsa, təşkilatçı onların məzun olduqları ay və il haqqında məlumatlandırılmalıdır. Bundan əlavə, yarışma keçiriləcək ilin iyul ayının 1-nə onların yaşı 20-dən az olmalıdır. Müsabiqəçilərdə təmsil etdikləri ölkələrin pasportu olmalı və yaxud da onlar bu ölkənin təhsil sistemində 1 tədris ilindən çox təhsil keçmiş olmalıdırlar. Nümayəndə heyətinin bütün üzvlərinin öz ölkələrindən təşkilatçı ölkəyə səyahət və orada qalma müddətini əhatə edən tibbi sığortası olmalıdır.
  3. Təlimçilər Beynəlxalq Münsiflər Heyətinin üzvləri olaraq fəaliyyət göstərirlər (bax. § 6). Təlimçilərdən biri nümayəndə heyətinin rəhbəri olaraq təyin edilir (baş təlimçi).
  4. Təlimçilər:
    a) bu maddənin ikinci bölməsində müəyyənləşdirilmiş şərtlərin yerinə yetirilməsinə zəmanət verməlidirlər,
    b) yarışma tapşırıqlarının mətnini ingilis dilindən tələbələrin istifadə etdiyi dilə tərcümə etmə qabiliyyətləri olmalı, tapşırıqların məqsədini şərh edə bilməli və tələbələrin işinə düzəliş verə bilməlidirlər, 
    c) Beynəlxalq Münsiflər Heyətinə və ya Rəhbər Komitəyə ünvanlanan etiraz məktubu yazmaq və lazım olarsa Beynəlxalq Münsiflər Heyətinin növbəti iclasında problemin həllini soruşma hüququna malikdirlər.

§ 4. Təşkilatçının öhdəlikləri

  1. Təşkilatçı təmin edir:
    a)    IChO-nun marşrutunu,
    b)    gəliş və gediş tarixlərində hava limanında/stansiyaya (ev sahibi olan ölkə tərəfindən təyin edilir) və geriyə nəqliyyatı,
    c)    yarışmanın təşkilinin qaydalara uyğun olmasını, 
    d)    proqramla əlaqəli bütün iştirakçıların qəza sığortalarını,
    e)    təlimçilərə yarışma baş tutmazdan əvvəl praktiki tapşırıqlar üçün istifadə olunacaq iş otağını və praktika cihazlarını yoxlamaq imkanını,
    f)    təhlükəsizlik qaydalarına riayət edilməsi üçün bütün lazımi tədbirləri,
    g)    rəsmi bağlanış mərasimində təqdim olunacaq medallar, sertifikat və mükafatları,
    h)    yarışmadan sonrakı altı aydan gec olmayaraq paylanılacaq yarışma hesabatını.
  2. IChO-dan ən azı beş ay əvvəl təşkilatçı ölkədə Rəhbər Komitənin iclası təşkil edilməlidir. Təşkilatçı ölkə bir sıra səyahət köməkliyi göstərəcək.

§ 5. Maliyyələşdirmə

  1. İştirakçı ölkə məktəblilərin və müşayiətçi şəxslərin təyin edilmiş hava limanına/stansiyaya və yaxud yarışmanın keçirildiyi yerə qayıdış səyahət xərclərini öz üzərinə götürəcək.
  2.  İştirakçı ölkələr məbləği Beynəlxalq Münsiflər Heyəti tərəfindən müəyyənləşdiriləcək iştirak haqqı ödəməlidirlər.
  3. Təşkilat proqramı ilə əlaqəli digər xərclər, o cümlədən bütün iştirakçıların və Beynəlxalq Münsiflər Heyətinin üzvlərinin yaşayış xərcləri təşkilatçı tərəfindən ödənilir.
  4. 5-ci paraqrafın 3-cü bəndinə müvafiq olaraq növbəti iki olimpiadanın təşkilatçıları xərcləri təşkilatçı tərəfindən ödənilməklə mövcud IChO-ya iki müşahidəçi göndərə bilər.

IChO-nun strukturu

§ 6. Beynəlxalq Münsiflər Heyəti

  1. Beynəlxalq Münsiflər Heyəti sədr və üzvlərdən ibarətdir. Beynəlxalq Münsiflər Heyətinin sədri təşkilatçı tərəfindən təyin olunur. Beynəlxalq Münsiflər Heyətinin üzvləri fərdi nümayəndə heyətlərindən iki təlimçi və Rəhbər Komitənin sədrindən ibarətdir (bax. §8).
  2. Beynəlxalq Münsiflər Heyətinin sədri və ya onun nümayəndəsi mövcud yarışma ilə əlaqəli iclasları keçirir və onlara rəhbərlik edir, bu halda IChO-nun ümumi problemlərinə dair işgüzar sessiyalar Rəhbər Komitənin IChO sədri tərəfindən idarə edilir.
  3. Beynəlxalq Münsiflər Heyətinin ümumi sessiyalarının və ya onun ayrıca sessiyalarının qərarları nümayəndə heyətlərinin ən azı 75 faizinin iştirak etməsi şərti daxilində sadə səs çoxluğu vasitəsilə Beynəlxalq Münsiflər Heyəti tərəfindən qəbul edilir. Hər iştirakçı ölkənin bir səs hüququ var. Qaydalardakı dəyişikliklər ancaq Beynəlxalq Münsiflər Heyətinin ümumi sessiyalarında qərarlaşdırıla bilər və bunun üçün səslərin ən az üçdə iki çoxluğu tələb olunur. Səs sayları bərabər olduqda, sədrin səsi həlledici sayılır. Beynəlxalq Münsiflər Heyətinin qərarları həm təşkilatçılar, həm də iştirakçılar üçün məcburidir.
  4. Beynəlxalq Münsiflər Heyətinin işçi dili ingilis dilidir.

§ 7. Beynəlxalq Münsiflər Heyətinin öhdəlikləri

  1. Beynəlxalq Münsiflər Heyəti:
    a)    faktiki yarışmaya və qaydalar əsasında ona nəzarət edilməsinə cavabdehdir,
    b)    təşkilatçı tərəfindən təqdim edilən yarışma tapşırıqlarını, onların həlli yollarını və qiymətləndirmə təlimatlarını müzakirə edir, dəyişikliklər olduqda şərhlər edir və qərarlar qəbul edir,
    c)    imtahan kağızlarının qiymətləndirilməsinə nəzarət edir və bütün iştirakçılara qarşı ədalətli hökm edilməsinə zəmanət verir,
    d)    qalibləri müəyyənləşdirir və müsabiqəçilərin mükafatlandırılmasına qərar verir,
    e)    yarışmanı izləyir və gələcək IChO-lar üçün qaydalara, təşkilata və məzmuna dair tövsiyələr verir,
    f)    iştirakçının və ya bütün komandanın yarışdan xaric edilməsi barədə qərarlar qəbul edir (həmçinin bax. § 11, bölmə 7),
    g)    IChO Rəhbər Komitəsinin üzvlərini seçir,
    h)    IChO-nun kimya ilə əlaqəli spesifik məsələlərinin həlli məqsədilə işçi qruplarını yaradır.
  2. Beynəlxalq Münsiflər Heyətinin üzvləri:
    a)    IChO müddətində qəbul etdikləri istənilən məlumat haqqında peşəkar məxfiliyi qorumağa öhdəlik daşıyır və heç bir iştirakçıya kömək etməməlidirlər,
    b)    qiymətləndirmə və nəticələri Beynəlxalq Münsiflər Heyətinin bildirişinə qədər gizli saxlamalıdırlar.

§ 8. Rəhbər Komitə

  1. Beynəlxalq Kimya Olimpiadasının təşkili ilə əlaqədar uzunmüddətli işlər Rəhbər Komitə tərəfindən tənzimlənir.
  2. Rəhbər Komitənin üzvləri iki il müddətinə Beynəlxalq Münsiflər Heyəti tərəfindən gizli səsvermə yolu ilə seçilir. Komitədə Amerika, Asiya və Avropa qitələrinin hər birindən ən az bir nəfər mütləq olmalıdır. Digər üç üzv istənilən qitədən ola bilər. Komitəyə seçilən üzvlərin xidmət müddəti IChO-dan sonrakı 1-ci gündən etbarən başlayır. Üzvlər iki ardıcıl dövrdən daha artıq müddətə seçilə bilməz.
  3. Aşağıda vəzifəsinə görə Rəhbər Komitənin üzvü olanlar sadalanıb:
    a)  mövcud IChO-nun nümayəndəsi,
    b)  əvvəlki IChO-nun bir nümayəndəsi,
    c)    Beynəlxalq Münsiflər Heyəti tərəfindən təsdiq edilmiş sonrakı IChO nümayəndələri,
    d)  Rəhbər Komitənin əvvəlki bir sədri (ancaq bir il üçün)
  4. İşə başlayacaq olan Rəhbər Komitə öz sədrini Komitənin əvvəlki iclasda seçilmiş üzvlərinin arasından təyin edir.
    Sədr:
    a)  Rəhbər Komitənin iclaslarını keçirir və onlara rəhbərlik edir,
    b)  gələcək Beynəlxalq Kimya Olimpiadalarının ümumi məsələlərinin həll edildiyi Beynəlxalq Münsiflər Heyətinin işgüzar iclaslarını keçirir və onlara rəhbərlik edir,
    c)  iclasın təşkilatçısı ilə məsləhətləşdikdən sonra səsvermə hüququ olmayan qonaqları Rəhbər Komitənin iclaslarına dəvət edə bilər,
    d)  lazım olduqda Beynəlxalq Münsiflər Heyətinin növbədənkənar iclaslarını keçirmə hüququna malikdir.
  5. Rəhbər Komitə:
    a)  Beynəlxalq Kimya Olimpiadasına təşkilati nəzarət edir, 
    b)  Beynəlxalq Münsiflər Heyətinin sessiyalarında nəzərə alınacaq maddələri təklif edir.
    c)  ixtisaslarından faydalanmaq üçün bir il müddətinə səsvermə hüququ olmayan 1–3 üzvü Komitəyə qəbul edə bilər.
    d)  təsdiqlənmiş gələcək IChO-ların nümayəndələrini dəvət edə bilər.
  6. Rəhbər Komitənin Beynəlxalq Kimya Olimpiadasına təsiri ola biləcək və Beynəlxalq Münsiflər Heyətinin vəzifə və öhdəliklərinə daxil olan hər hansı qərar qəbul etmək hüququ yoxdur (bax. § 6 və 7).

§ 9. Beynəlxalq İnformasiya Mərkəzi

Beynəlxalq Kimya Olimpiadalarının başladığı tarixdən mövcud günədək bütün IChO-ların sənədlərini toplayan və (lazım olduqda) təmin edən Beynəlxalq İnformasiya Mərkəzi var. Mərkəzin ofisi Slovakiyanın Bratislava şəhərində yerləşir.

Yarışma

§ 10. IChO yarışmasına hazırlıq

  1. Yarışma ilinin yanvar ayında təşkilatçı ingilis dilində yazılmış hazırlıq tapşırıqlarının bir dəstini bütün iştirakçı ölkələrə paylayır. Hazırlıq tapşırıqlarının məqsədi yarışmanın tapşırıqlarının növləri və çətinlik səviyyəsi haqqında, habelə təhlükəsizlik müddəaları haqqında məktəblilərə anlayış verməkdir (bax. §12 və Əlavə B). Hazırlıq tapşırıqlarının hamısında beynəlxalq vahidlər sistemindən istifadə edilməlidir.
  2. Hazırlıq məsələlərinin dəstindəki nəzəri və təcrübi tapşırıqların ümumi miqdarı müvafiq olaraq 25-dən və 5-dən az olmamalıdır.
  3. Qaydaların Əlavə C bölməsində iştirakçılar tərəfindən mənimsənilməli olan anlayışların və bacarıqların siyahısı sadalanıb. Təşkilatçılar sərbəst olaraq orada göstərilən biliklər əsasında nəzəri və yaxud təcrübi yarışmada sual və tapşırıqlar daxil edə bilər.
    Əgər hər iki sahədən ən azı 2 tapşırıq salınıbsa və lazımi bacarıqlar hazırlıq məsələlərində nümayiş etdirilibsə, təşkilatçı anlayışların və bacarıqların istifadəsinə əsaslanan imtahanlarda bu siyahıda göstərilən sahələrdən başqa 6 nəzəri və 2 praktik sahədən artıq olmayaraq məsələ daxil edə bilər. Bu cür xarici sahələrin nümunələri Əlavə C bölməsində sadalanıb. Siyahıda yer almayan sahələrin nümunələrə bənzər genişliyi olmalıdır. Bu 6 nəzəri və 2 praktiki sahələr Hazırlıq məsələlərinin başlanğıcında aydın olaraq bildirilməlidir. Əgər imtahan suallarının həlli üçün sadalanan sahələrdə əhatə olunmayan bir bərabərlik lazım olarsa, bu, imtahan mətnində təsvir edilməlidir.
  4. Əlavə D bölməsində müsabiqəçilərin tanış olduğu faktiki biliklərin xülasəsi təsvir edilir. Əgər imtahan suallarının həlli üçün Əlavə D bölməsində olmayan spesifik faktlar lazım olarsa, bu zaman bunlar imtahan mətninə və yaxud da hazırlıq məsələlərinə və onların həllinə daxil edilməlidir.
  5. IChO komandasının tərkibindəki 50 və ya daha az tələbədən ibarət seçilmiş qrup üçün təlim və ya digər xüsusi təlimatların müddəti iki həftədən çox olmamalıdır.

§ 11. IChO yarışmasının təşkil edilməsi

  1. Yarışma iki hissədən ibarətdir:
    a)    birinci hissə praktik (təcrübi) yarışmadır,
    b)    ikinci hissə isə nəzəri yarışmadır.
  2. Hər hissə üçün dörd-beş saat iş müddəti təyin olunur. İki hissə arasında istirahət üçün ən az bir gün vaxtı verilir.
  3. Müsabiqəçilər bütün müvafiq məlumatı istədikləri dildə alırlar və onlara həmin dildə cavab verməyə icazə verilir.
  4. Təlimçilər yarışma tapşırıqlarını qəbul etdikdən sonra onlar ilə müsabiqəçilər arasında heç bir əlaqə olmamalıdır. Yarışma tapşırıqlarına dair məlumat nə yarışmadan əvvəl, nə də yarışma müddətində müsabiqəçilərə birbaşa və ya dolayı yolla ötürülməməlidir.
  5.  Cib kalkulyatorları təşkilatçı tərəfindən təmin edilmədikdə yarışmada yalnız proqramlaşdırılması mümkün olmayan cib kalkulyatorları istifadə oluna bilər.
  6. Təşkilatçı tərəfindən elan edilən təhlükəsizlik qaydaları bütün müsabiqəçilərə şamil olunur. 
  7. Əvvəlki maddələrdə (§ 3, bölmə 2, § 10, bölmə 5, § 11, bölmə 4, 5 və 6) təyin edilən qaydaların hər hansı birinin pozulması yarışmadan tam və ya onun bir hissəsindən kənarlaşdırılmaqla nəticələnir.

§ 12. Təhlükəsizlik

  1. Praktik hissə ərzində iştirakçılar laboratoriya xalatları geyinməli və göz qoruyucu eynəklər taxmalıdırlar. Müsabiqəçilərin öz laboratoriya xalatlarını gətirməkləri gözlənilir. Laboratoriya işləri üçün digər təhlükəsizlik vasitələri təşkilatçı tərəfindən təmin edilir.
  2. Mayelərlə iş zamanı hər bir tələbə rezin kolbalı pipetka və ya pipetka doldurucusu ilə təmin edilməlidir. Pipetkadan ağız vasitəsi ilə istifadə etmək qəti qadağandır.
  3. Çox zəhərli maddələrin istifadə olunması qəti surətdə (GHS təhlükə xarakteristikası H300, H310, H330) qadağandır. Zəhərli maddələrin istifadəsi tövsiyə olunmur, yalnız xüsusi ehtiyat tədbirləri görüldükdə icazə verilə bilər. GHS təhlükə xarakteristikası H340, H350, H360 (proven mutagens, carcinogens, teratogens) olan maddələr heç bir halda istifadə olunmamalıdır (bu kateqoriyaların təsvirləri üçün Əlavə B bölməsinə bax).
  4. Məktəblilərin təhlükəsizliyi, kimyəvi maddələrlə iş və onların tullanması ilə əlaqədar ətraflı tövsiyələr üçün Əlavə A 1, A 2 və B-yə baxın.
    a)    Əlavə A 1: Laboratoriyada tələbələr üçün təhlükəsizlik qaydaları 
    b)    Əlavə A 2: IChO təşkilatçı ölkəsi üçün Təhlükəsizlik qaydaları və tövsiyələr
    c)    Əlavə B-də IChO ərzində maddələrin etiketlənməsi və təsnif edilməsində istifadə olunması nəzərdə tutulan təhlükə simvolları və Qlobal səviyyədə razılaşdırılmış kimyəvi maddələrin təsnifatı və işarələnməsi sistemi (GHS) müddəalarına istinadlar verilib.

§ 13. Yarışma tapşırıqları

  1. Təşkilatçı yarışma tapşırıqlarının IChO Elmi Şurasında olan bilikli mütəxəssislər/müəlliflər tərəfindən hazırlanması öhdəliyini daşıyır. Onlar həll üsullarını və qiymətləndirmə meyarlarını təklif edirlər.
  2. Tapşırıqlar, onların həlli yolları və qiymətləndirmə meyarları baxılması və təsdiqlənməsi üçün Beynəlxalq Münsiflər Heyətinə təqdim edilir. Tapşırıqların müəllifləri müzakirədə iştirak etməlidirlər.
  3. Tapşırıqlara baxılması müddətində Beynəlxalq Münsiflər Heyətinin sədri prosesə rəhbərliyi Elmi Şuranın sədrinə ötürə bilər.
  4. Nəzəri və ya təcrübi tapşırıqlar, o cümlədən cavab vərəqələri mümkün qədər qısa olmalı və 25000 simvolu keçməməlidir. Simvolların sayı hər imtahan kağızının sonunda bildirilməlidir. Yarışma tapşırıqlarının hamısında Beynəlxalq vahidlər sistemindən istifadə edilməlidir.
  5. Yarışmanın təcrübi hissəsində aşağıdakı şərtlər ödənilməlidir:
    a)    Təcrübi hissə ən azı iki müstəqil tapşırıqdan ibarət olmalıdır.
    b)    Qiymətləndirmə işçi heyətin subyektiv mülahizəsinə əsaslanmamalıdır.
    c)    Keyfiyyət üzrə analitik kimya tapşırıqlarının həlli zamanı müsabiqəçilər eyni maddələri almalıdırlar.
    d)    Kəmiyyət üzrə analitik kimya tapşırıqlarının həlli zamanı müsabiqəçilər eyni maddələri, lakin fərqli konsentrasiyalarda almalıdırlar.
    e)    Kəmiyyət üzrə analitik kimya tapşırıqlarının qiymətləndirilməsində əsas meyarlar müsabiqəçilərin nəticələrinin orta göstəricisinə əsaslanmamalıdır.
    f)    Kəmiyyət üzrə tapşırıqların böyük əksəriyyəti müsabiqəçilər tərəfindən məruzə edilən ortaq dəyər üzrə qiymətləndiriləcək və müvafiq bərabərliklərə, hesablamalara və ya açıqlamalara da bəzi xallar veriləcək. Təkrar üçün xallar verilməməlidir.

§ 14. Düzəlişlər və qiymətləndirmə

  1. Nəzəri tapşırıqlar üçün maksimal 60 bal və praktik tapşırıqlar üçün 40 bal verilməklə ümumi balın miqdarı 100-dür.
  2. Yarışma tapşırıqlarına müəlliflər və təlimçilər tərəfindən müstəqil olaraq düzəlişlər edilir. Tələbələrin eyni səhvə görə iki dəfə cəzalandırılmaması üçün ardıcıl qiymətləndirmədən istifadə olunmalıdır. Hər iki düzəliş daha sonra qarşılaşdırılır, lakin müəlliflər öz qiymətləndirməsini birinci təqdim edir. Müzakirədən sonra hər iştirakçı üçün son bal müəyyənləşdirilir və hər iki tərəf arasında razılaşdırılır. Təşkilatçı işarələnmiş əlyazmalarını özündə saxlayır.
  3. Beynəlxalq Münsiflər Heyəti nəticələri müzakirə edir və son balları qərarlaşdırır.
  4. Nəticələrin hesablanması zamanı səhvlərlə bağlı mümkün ehtimalları azaltmaq üçün təşkilatçı mükafatlandırma mərasimindən əvvəl təlimçiləri onların şagirdlərinin ümumi balları olan siyahı ilə təmin etməlidir.

§ 15. Nəticələr və mükafatlar

  1. Yarışmanın rəsmi nəticələri və təqdim edilən medalların sayı Beynəlxalq Münsiflər Heyəti tərəfindən qərarlaşdırılır.
  2. Təqdim edilən qızıl medalların sayı müsabiqəçilərin ümumi sayının 8 faizindən 12 faizinədək, gümüş - 18 faizindən 22 faizinədək və bürünc medallar - 28 faizindən 32 faizinədək olur. Medalların dəqiq sayı nəticələrin ilkin olaraq nəzərdən keçirilməsi əsasında müəyyən edilir.
  3. Medalla mükafatlandırılan hər bir iştirakçı təşkilatçıdan medal və müvafiq sertifikat almalıdır.
  4. Medallardan əlavə olaraq digər mükafatlar da təqdim edilə bilər.
  5. Həvəsləndirici mükafatlar medalla mükafatlandırılmayan iştirakçıların arasında ən yaxşı 10 faizə daxil olan müsabiqəçilərə verilir.
  6. Hər müsabiqəçi iştirak haqqında sertifikat alır.
  7. Mükafatlandırma mərasimində medalla təltif edilməyən iştirakçıların adları əlifba sırası ilə oxunur. 
  8. Komanda təsnifatı edilmir. 
  9. Təşkilatçı son hesabatın bir hissəsi olaraq nəticələrin tam siyahısını təmin etməlidir.

§ 16. Son tənzimləmələr

  1. Müsabiqədə iştirak edən hər kəs öz iştirakı ilə bu qaydaları qəbul etmiş sayılır.
  2. Qaydaların bu versiyası Beynəlxalq Münsiflər Heyəti tərəfindən 2013-cü ilin iyulunda Moskva şəhərində (Rusiya Federasiyası) təsdiqlənib və 2011-ci ilin iyulunda Ankara şəhərində (Türkiyə) qəbul edilmiş qaydaları əvəz etmək üçün dərc edilib.
  3. Qaydalar 2013-cü il sentyabrın 1-dən etibarən qüvvəyə minib. Qaydalara dəyişiklikləri ancaq Beynəlxalq Münsiflər Heyəti tərəfindən edilə bilər və bunun üçün ixtisaslı əksəriyyətin (iştirakçı ölkələrin sayına uyğun olaraq səslərin üçdə ikisi) iştirakı tələb olunur.

ƏLAVƏ A

A 1: LABORATORİYADA MƏKTƏBLİLƏR ÜÇÜN TƏHLÜKƏSİZLİK QAYDALARI

Kimyaçı məktəblilərin hamısı bilməlidir ki, təhlükəli maddələrdən birdəfəlik qorunmaq mümkün deyil. Kimyaçılar bütün maddələr ilə lazımi qaydada işləməyi öyrənməlidirlər. Beynəlxalq Kimya Olimpiadasında iştirak edən məktəblilərdən hər kimyəvi maddənin təhlükələrini bilmək tələb olunmasa da müsabiqənin təşkilatçıları bütün iştirakçıların sadə təhlükəsizlik prosedurlarını bildiyini güman edir. Misal üçün təşkilatçılar məktəblilərin laboratoriyada yemək, içmək və ya siqaret çəkməyin qəti surətdə qadağan olduğunu bildiklərini fərz edir.
Məktəblilərin daha əvvəl öyrəndikləri ümumi təhlükəsizlik məqamlarına əlavə olaraq olimpiada ərzində aşağıda sadalanan bəzi spesifik qaydalara riayət edilməlidir. Əgər praktik imtahan ərzində təhlükəsizlik prosedurları ilə əlaqəli sual yaranarsa, məktəbli tez bir zamanda ən yaxındakı nəzarətçidən soruşmalıdır.

Fərdi təhlükəsizlik ilə bağlı qaydalar

  1. Laboratoriyalarda hər zaman gözqoruyucu eynəklər taxılmalıdır. Əgər tələbə kontakt linzalar taxırsa, tam qoruyucu eynəklər də taxılmalıdır. Gözqoruyucu eynəklər təşkilatçı ölkə tərəfindən təmin ediləcək.
  2. Laboratoriya xalatı lazımdır. Hər tələbə özü üçün bu əşyanı özü təmin edir.
  3. Fərdi təhlükəsizlik üçün uzun şalvarlar və önü qapalı ayaqqabılar tövsiyə olunur. Uzun saç və sallanan geyim yığılmış vəziyyətdə olmalıdır.
  4. Pipetkadan ağız vasitəsilə istifadə etmək qəti qadağandır. Hər tələbə rezin kolbalı pipetka və ya pipetka doldurucusu ilə təmin edilməlidir.

Maddələrlə iş zamanı qaydalar

  1. Təhlükəli maddələr ilə iş üçün xüsusi təlimatlar təşkilatçı ölkə tərəfindən praktik imtahan prosedurlarına əlavə ediləcək. Bütün potensial təhlükəli maddələr aşağıdakı beynəlxalq simvollardan istifadə olunmaqla işarələnəcək. Hər tələbə bu simvolları tanımağa və onların mənalarını bilməyə borcludur (Əlavə B 1, B 2 və B 3 bax).
  2. Heç bir kimyəvi maddəni əlüzyuyana tökməyin. Təşkilatçı ölkədə mövcud olan maddələrin tullanması qaydalarına riayət etmək lazımdır.

A 2:  BEYNƏLXALQ KİMYA OLİMPİADASININ TƏŞKİLATÇI ÖLKƏSİ ÜÇÜN TƏHLÜKƏSİZLİK QAYDALARI VƏ TÖVSİYƏLƏR

Əlbəttə, güman etmək olar ki, IChO-da iştirak edən bütün məktəblilərin təhlükəsiz laboratoriya prosedurlarına dair az da olsa təcrübəsi var. Buna baxmayaraq, onların sağlamlığının qorunmasını təmin etmək Beynəlxalq Münsiflər Heyətinin və təşkilatçı ölkənin öhdəliyindədir. Laboratoriyada Təhlükəsizlik Qaydaları məktəblilərin öz təhlükəsizliklərinin öhdəliyinin bir qisminin özlərinə aid olduğunu göstərəcək. Digər təhlükəsizlik məsələləri praktik tapşırıqlar əsasında ildən-ilə dəyişiləcək. Buna görə təşkilatçı ölkə üçün bu tapşırıqları tərtib edənlərə aşağıda sadalanan sahələrdə öhdəliklər verilir. Təcrübələrin təhlükəsizliyindən əmin olmaq üçün təşkilatçılara praktik tapşırıqları əvvəlcədən diqqətlə yoxlamaq tövsiyə edilir. Bunun ən yaxşı yolu bacarıq səviyyələri IChO iştirakçılarının səviyyəsinə yaxın olan məktəblilərin yoxlamaları icra etmələrini təmin etməkdir.

Təşkilatçı ölkə üçün qaydalar (həmçinin bax. A 1):

  1. Praktik imtahanlar müddətində təcili ilkin yardım imkanı mövcud olmalıdır.
  2. Tələbələr təhlükəli maddələrlə iş üzrə düzgün qaydalar haqqında məlumatlandırılmalıdırlar.
    a)    Hər təhlükəli maddə ilə iş üçün spesifik qaydalar praktik imtahanların yazılı təlimatlarına daxil edilməlidir.
    b)    İçində təhlükəli maddə olan bütün şüşələr (konteynerlər) beynəlxalq simvollardan istifadə etməklə müvafiq qaydada etiketlənməlidir (bax Əlavə B 1).
  3. Kimyəvi maddələrin tullanması təlimatları məktəblilərə yazılı imtahanların yazılı təlimatlarının tərkibində verilməlidir. Tullantılar üçün istifadə olunan konteynerlər ətraf mühitə zərərli qəbul edilən kimyəvi maddələr üçün istifadə olunmalıdır.
  4. Praktik tapşırıqlar müvafiq kəmiyyətdə (digər sözlə, minimal miqdarda) maddələr üçün tərtib edilməlidir.
  5. Laboratoriyanın imkanları aşağıdakılar nəzərə alınaraq seçilməlidir:
    a)    Hər məktəbli həm lazımi qədər qədər iş məkanına sahib olmalı, həm də başqalarından təhlükəsiz məsafədə dayanmalıdır.
    b)    Otaqlarda müvafiq havalandırma və lazım olduqda havasoran sistemi olmalıdır.
    c)    Hər otaq üçün ən azı bir fövqəladə çıxış yolu olmalıdır. 
    d)    Yanğınsöndürücü vasitələr yaxınlıqda olmalıdır.
    e)    Elektrik avadanlığı müvafiq yerdə yerləşməli və təhlükəsiz olmalıdır.
    f)    Tör-töküntülərin təmizlənməsi üçün müvafiq avadanlıq olmalıdır.
  6. Təhlükəsiz şəraitin təmin edilməsi üçün laboratoriyada hər dörd məktəbliyə bir nəzarətçinin olması tövsiyə edilir.
  7. Təşkilatçılar zəhərli, təhlükəli və ya kanserogen maddələrin IChO-da istifadə edilməsi üçün beynəlxalq təlimatları izləməlidirlər.

Əlavə B

TƏHLÜKƏ XƏBƏRDARLIĞI SİMVOLLARI VƏ TƏHLÜKƏ İŞARƏLƏRİ

IChO zamanı laboratoriya təcrübələrində istifadə olunan kimyəvi maddələr BMT tərəfindən hazırlanmış Qlobal səviyyədə razılaşdırılmış kimyəvi maddələrin təsnifatı və işarələnməsi sistemi (GHS) standartına uyğun olaraq etiketlənməlidir. Əgər belə işarələr varsa, təşkilatçı yerli qanunvericiliyə uyğun olan GHS sistemindən (piktoqramlar, təhlükə bildirişləri və s.) istifadə etməlidir. Əgər belə qaydalar yoxdursa, orijinal GHS qərarları (http://www.unece.org/trans/danger/publi/ghs/ ghs_welcome_e.html) və kimyəvi maddələrin tədarükçüləri tərəfindən təmin edilən GHS sənədlərindən istifadə olunmalıdır.

ƏLAVƏ C

Bütün iştirakçıların bilməsi vacib olan anlayışlar və bacarıqlar:

(əsasən əvvəlki 1 və 2 nömrəli mövzularla eyni olan)

Anlayışlar

Təcrübi səhvləri bilmək, vacib düsturlardan istifadə etməyi bacarmaq;

Əsasən orta məktəbdə tədris edilən riyazi biliklər, o cümlədən kvadrat tənliklərin həlli, loqarifmik və eksponensial funksiyaların istifadəsi, eyni zamanda ikiməchullu tənliklərin həlli, sinus və kosinus anlayışları, Pifaqor teoremi kimi ibtidai həndəsi bilikləri, koordinat qrafikləri (lazım olarsa, differensial və inteqral kimi daha təkmil mövzular daxil edilə bilər).

Nuklonlar, izotoplar, radioaktiv qalıq və nüvə reaksiyaları (alfa, beta, qamma). Hidrogenə bənzər atomlarda kvant ədədləri (n, l, m) və orbitallar (s, p, d).
Hund qaydası, Pauli təcrid prinsipi.
Metal atomlarının və onların ionlarının əsas qrupunun və ilk keçid cərgəsinin elektron konfiqurasiyası.
Dövri cədvəl və meyilləri (elektroneqativlik, elektron yaxınlıq, ionizasiya enerjisi, atomik və ionik böyüklüklər, ərimə dərəcələri, metal xarakterləri, reaktivlik).
Rabitə növləri (kovalent, ionik, metallik) və onların molekullararası güclər və xassələrlə əlaqəsi. Molekulyar strukturlar və sadə VSEPR teoremi (4 elektron cütünə qədər).

Tarazlayıcı tənliklər, empirik düsturlar, mol anlayışı və Avoqadro əmsalı, stoikometrik hesablamalar, sıxlıq, fərqli konsentrasiya vahidləri ilə hesablamalar.

Kimyəvi tarazlıq, Le Şatelye prinsipi, konsentrasiyalarda ekvilibrium əmsalları, təzyiqlər və mol fraksiyaları.
Arhenius və Bronşted turşu nəzəriyyəsi, pH, suyun öz-ionlaşdırılması, turşu-qələvi reaksiyalarının ekvilibrium əmsalları, zəif turşu həllolmalarının pH göstəricisi, durulaşdırılmış həllolmalar və sadə bufer məhlulların pH göstəricisi, duzların hidrolizi.
Həll olunma əmsalları və həll olunma.
Kompleksasiya reaksiyaları, koordinat ədədinin təsviri, mürəkkəb formasiya əmsalları.

Elektrokimya əsasları, elektromotiv güc, Nernst tənliyi, elektroliz, Faradey qanunları.

Kimyəvi reaksiyaların sürəti, reaksiya sürətinə təsir edən ünsürlər, homogen və heterogen reaksiyalar üçün sürətlər qanunu, sürət əmsalı, reaksiya ardıcıllığı, reaksiyanın enerji profili, aktivləşdirmə enerjisi, kataliz, reaksiyanın termodinamik və kinetik xassələrinə katalistin təsiri.

Enerji, istilik və iş, entalpiya və enerji, istilik həcmi, Hess qanunu,  standart formasiya entalpiyaları, məhlul, solvatasiya və rabitə entalpiyaları.
 

Entropiya və Gibbs enerjisinin anlayışları və təsvirləri, termodinamikanın ikinci qanunu, spontan dəyişiklik istiqaməti.

İdeal qaz qanunu, parsial təzyiqlər.

Birbaşa və dolayı titrasiya prinsipləri (geri titrasiya).
Asidimetriya və alkalimetriya, asidimetrik titrasiya əyriləri, asidimetriya üçün göstəricilərin seçilməsi və rəngləri.
Redoks titrasiyaları (permanqanometrik və iodometrik). Sadə kompleksometrik və qalıq titrasiyaları.

Faktiki biliklərdə təyin edilən ionlar üçün qeyri-üzvi keyfiyyət analizinin sadə prinsipləri, alov sınaqları.

Buger-Lambert-Ber qanunu.

Üzvi struktur-reaktivlik əlaqələri (qütblülük, elektrofillik, nukleofillik, induktiv təsirlər, nisbi sabitlik).
Struktur-xassə əlaqələri (qaynama dərəcəsi, turşuluq, qələvilik). Sadə üzvi nomenklatura.
Hibridləşmə və karbon mərkəzlərinin həndəsəsi
Siqma və pi rabitələri, delokalizasiya, aromatizasiya, mezometik strukturlar. İzomerlik (struktur, konfiqurasiya, konformasiya, tavtomerlik).
Stereokimya (E-Z, sis-trans izomerləri, kirallıq, optik fəaliyyət, Kaan-İnqold-Preloq sistemi, Fişer proyeksiyaları).
Hidrofil və hidrofob qruplar, mitsella yaranması.
Polimerlər və monomerlər, zəncirvarı polimerizasiya, poliadditivlər və polikondensasiya.

Laboratoriya bacarıqları

Laboratoriyada isitmə, reflüks altında isitmə.
Kütlə və həcm ölçülməsi (elektron tarazlıq, ölçü silindri, pipetka və buretka, həcm kolbası ilə).
Məhlulların və standart məhlulların hazırlanması və durulaşdırılması. Maqnit qarışdırıcının istifadəsi.
Sınaq borusu reaksiyalarının keçirilməsi.
Üzvi funksiya qrupları üçün keyfiyyət yoxlaması (verilən prosedurdan istifadə edərək). Həcm müəyyənləşdirilməsi, titrasiyaları, kolbalı pipetkadan istifadə.
pH ölçülməsi (pH kağızı və ya kalibrovka edilmiş pH cihazı ilə).

Ancaq hazırlıq məsələlərinə daxil edildiyi və nümayiş etdirildiyi halda imtahanda icazə verilən anlayışların və bacarıqların nümunələri
Hazırlıq məsələləri dəstində müəyyən uzunluqda olan 6 nəzəri və 2 praktik tapşırığa icazə verilir. Nəzərdə tutulur ki, bir mövzu hazırlanmış auditoriyaya çıxarılmazdan əvvəl təqdim ediləcək və 2-3 saatlıq mühazirə ərzində müzakirəyə çıxarılacaq. 

  • Ətraflı olaraq VSEPR teoremi (4 liqanddan daha artıq). 
  • Qeyri-üzvi stereokimya, komplekslərdə izomerlik.
  • Bərk hal strukturları (metallar, NaCl, CsCl) və Bregg-Vulf qanunu.
  • Tarazlıq əmsallarının əlaqəsi, elektromotiv güc və standart Gibbs enerjisi.
  • Birinci növ reaksiyalar üçün inteqrasiya sürəti qanunu, yarımparçalanma,  Arhenius  tənliyi, aktivləşdirmə enerjinin təyin edilməsi.
  • Sabit hal və kvazi-tarazlıq təxminlərindən, katalitik mexanizmlərindən, mürəkkəb reaksiyalar üçün reaksiya ardıcıllığının və aktivləşdirmə enerjisinin təyin edilməsindən  istifadə edərək mürəkkəb reaksiyaların təhlil edilməsi.
  • Toqquşma teoremi.
  • Sadə faza diaqramları və Klauzius-Klapeyron tənlikləri, üçyerli və kritik nöqtələr.
  • Stereoselektiv transformasiyalar  (diastereoselektiv,  enantioselektiv),  optik saflıq.
  • Konformasiya təhlili, Nyuman proyeksiyalarından istifadə, anomerik təsir.
  • Aromatik nukleofil yerdəyişmə, polisiklik armatik birləşmələrdə elektrofil yerdəyişmə və heterosikllər.
  • Supramolekulyar kimya.
  • Təkmil polimerlər, rezinlər, kopolimerlər, termoreaktiv polimerlər.
  • Polimerizasiya növləri, polimerizasiyanın mərhələləri və kinetikası.
  • Aminturşu yan qrupları, aminturşularının reaksiyaları və ayrılması, protein ardıcıllığı.
  • Zülalların ikinci, üçüncü və dördüncü dərəcəli strukturları, qeyri-kovalent mübadilələr,  stabillik və denaturalizasiya,  presipitat üsulu ilə zülal saflaşdırılması, xromatoqrafiya və elektroforez.
  • Fermentlər və reaksiya növlərinə görə təsnifatları, aktiv bölgələr, kofermentlər və kofaktorlar, kataliz mexanizmi.
  • Monosaxaridlər, xətti və siklik formalar arasında tarazlıq, piranozlar və furanozlar, Heuors proyeksiyası və konformasiya formulu.
  • Karbohidratların, oliqo və polisaxaridlərin, qlükozidlərin kimyası, struktur təyini.
  • Qələvilər, formulalı nukleotidlər və nukleosidlər, funksional nuklenotidlər, DNT və RNT,  qələvilər arasında hidrogen rabitəsi,  replikasiya,  transkripsiya və translyasiya, DNT əsaslı tətbiqlər.
  • Kompleks həll olunma hesablamaları (hidroliz anionları, mürəkkəb formasiya ilə).
  • Sadə Şrödinger tənlikləri və spektroskopik hesablamalar.
  • Sadə MO teoremi.
  • Kütlə spektrometriyasının əsasları (molekulyar ionlar, izotop paylamaları).
  • Sadə NMR spektrinin şərh edilməsi (kimyəvi keçid, çoxluq, inteqrallar).
  • Sintez üsulları: filtrasiyalar, presipitatların qurudulması, nazik təbəqə xromatoqrafiyası.
  • Mikroölçülü avadanlıqda sintez.
  • Təkmil qeyri-üzvi keyfiyyət təhlili.
  • Qravimetrik təhlil.
  • Spektrofotometrdən istifadə.
  • Qarışmayan həlledicilər ilə təcrid praktikası və nəzəriyyəsi.
  • Sütun xromatoqrafiyası.

ƏLAVƏ D

Müsabiqəçilərin tanış olduğu təxmin edilən faktiki biliklərin xülasəsi:
Qeyri-üzvi kimya:
S bloku elementlərinin su, oksigen və halogenlərlə reaksiyaları, alov sınaqlarında onların rəngi.
Stexiometriya, binar qeyri-metal hidridlərinin reaksiya və xassələri.
Karbon, azot və kükürd oksidlərinin ümumi reaksiyaları (CO, CO2, NO, NO2, N2O4, SO2, SO3).
P bloku elementlərinin ümumi oksidləşmə halları, ümumi halogenidlərin və oksiturşuların stexiometriyası (HNO2, HNO3, H2CO3, H3PO4, H3PO3, H2SO3, H2SO4, HOCl, HClO3, HClO4).
Halogenlərin su ilə reaksiyası.
Birinci cərgə keçid metallarının ümumi oksidləşmə halları (Cr(III), Cr(VI), Mn(II), Mn(IV), Mn(VII), Fe(II), Fe(III), Co(II), Ni(II), Cu(I), Cu(II), Ag(I), Zn(II), Hg(I),  Hg(II) ) və bu ionların rəngləri.
Bu metalların və Al, amfoterik hidroksidlərin parçalanması (Al(OH)3, Cr(OH)3, Zn(OH)2).
Permanqanat, xromat, dixromat ionları və onların redoks reaksiyaları. Iodometriya (tiosulfat və iodin reaksiyaları).
Ag+, Ba2+, Fe3+, Cu2+, Cl, CO32-, SO42- müəyyənləşdirilməsi.

Üzvi kimya:
Ümumi elektrofillər və nukleofillər.
Elektrofil əlavələr: İkili və üçlü rabitələrə əlavələr, regioseçim
(Markovnikov qaydası), stereokimya.
Elektrofil əvəzetmə: aromatik halqalarda əvəzetmə, reaktivlik və regioseçimdə əvəzləşdiricilərin təsiri, elektrofil növlər.
Eliminasiya: sp3 karbon mərkəzlərində E1 və E2 reaksiyaları, stexiokimya, turşu-qələvi katalizi, ümumi çıxış qrupları.
Nukleofil əvəzetmə: sp3 karon mərkəzlərində SN1 və SN2 reaksiyaları, stexiokimya.
Nukleofil əlavələr: karbon-karbon və karbon-heteroatom qoşa və üçlü rabitələrə əlavələr, əlavə-eliminasiya reaksiyaları, turşu-qələvi katalizi.
Radikal əvəzetmə: halogenlərin və alkanların reaksiyası.
Oksidləşmələr və reduksiyalar: ümumi funksional qrupların müxtəlif oksidləşmə səviyyələri arasında keçid (alkin – alken – alkan – alkil halidogen, spirt – aldehid, keton – karboksilik turşu törəmələri, nitrillər – karbonatlar).
Tsikloheksan konformasiyaları.
Griqnard reaksiyası, Fehlinq və Tollens reaksiyaları.

Sadə polimerlər və onların hazırlanması (polistiren,  polietilen,   poliamid, poliester).
Aminturşuları və onların qruplar üzrə təsnifatı, izoelektrik nöqtəsi, peptid rabitəsi, peptidlər və zülallar.
Karbohidratlar: qlükozanın və fruktozanın açıq zəncir və siklik formaları.
Lipidlər: triakril qliseridlərin ümumi formulu, doymuş və doymamış yağ turşuları.